Prezident İlham
Əliyev məcburi köçkünlər üçün
Gəncədə salınan yeni qəsəbənin
açılışında iştirak edib
Noyabrın 14-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Gəncə
şəhəri ərazisində 600 məcburi
köçkün ailəsi üçün salınan yeni qəsəbənin
açılışında iştirak edib.
Azərbaycanın
sürətli sosial-iqtisadi
inkişafının əsas xüsusiyyətlərindən biri də ölkədə aparılan siyasətin
müsbət nəticələrinin hər bir
vətəndaşın həyatında öz
əksini tapması, insanların rifah
halının yaxşılaşmasıdır. Ermənistanın hərbi təcavüzü nəticəsində
doğma torpaqlarından didərgin
düşən vətəndaşlarımızın həyat
şəraitinin yaxşılaşdırılması və bu sahədə təsirli tədbirlərin
görülməsi Prezident İlham Əliyevin müvafiq
fərman və sərəncamlarına uyğun olaraq daim diqqət mərkəzində
saxlanılır. Bu da Azərbaycanda sosial
sahədə vəziyyətin daha da yaxşılaşmasını xarakterizə
edən mühüm parametrlərdən biridir. 2003-cü ildə prezident
seçkiləri ərəfəsində “bir
dənə də olsun çadır
düşərgəsi qalmayacaq”, - deyən
Prezident İlham
Əliyev verdiyi vədə əməl edib. 2007-ci ilin dekabrında
ölkədəki sonuncu çadır
şəhərciyi tarixə qovuşub.
Ötən müddətdə məcburi köçkünlər
üçün bütün
infrastruktura malik yeni qəsəbələr salınıb. Belə
qəsəbələrdən biri də Gəncə
şəhərində salınıb.
Son illərdə məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə Prezident tərəfindən onlarla fərman və sərəncam imzalanıb, müxtəlif qanunlar təsdiqlənib. Dövlətimizin başçısının 2004-cü ildə imzaladığı Sərəncamla məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı qəbul olunub. 2003-2014-cü illərdə 87 müasir qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və həyət evləri tikilib, 42 min məcburi köçkün ailəsi və ya 210 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Həmin illər ərzində hərtərəfli infrastruktura malik onlarla məktəb, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə ümumilikdə 5,1 milyard manat vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Həmin vəsaitin 1,8 milyard manatı Dövlət Neft Fondunun xətti ilə ayrılıb. Görülən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizə düşüb.
Baş
nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov Prezident İlham Əliyevə yeni
qəsəbə barədə məlumat verdi.
Bu qəsəbə
Prezidentin 2004-cü ildə
imzaladığı Sərəncamla təsdiq edilmiş
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”na
2007-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Əlavələrə əsasən
inşa olunub.
Qəsəbə Gəncə
şəhərinin Kəpəz rayonu ərazisində
yerləşir. 60 hektar sahəni əhatə
edən qəsəbədə 600 ev, inzibati bina, tibb məntəqəsi, klub-icma
mərkəzi, poçt binası tikilib. Bu qəsəbədə Kəlbəcər rayonundan və Xocalıdan ölkənin
müxtəlif ərazilərində, o
cümlədən Gəncə şəhərində və
Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış
məcburi köçkünlər yaşayacaq.
Prezident
İlham Əliyev 50 yerlik
uşaq bağçasında yaradılan
şəraitlə tanış oldu. Bildirildi ki, bağçada uşaqların təlim-tərbiyəsi
ilə məşğul olmaq üçün bütün
imkanlar yaradılıb.
Dövlətimizin
başçısı Xocalı rayon Kosalar kənd tam orta məktəbində də oldu.
Məktəbin 440 şagird yerlik binasının foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər
Əliyevin və Prezident İlham
Əliyevin qaçqın və məcburi köçkün
ailələri ilə görüşlərindən,
onların problemlərinin həlli ilə bağlı
görülən işlərdən bəhs edən fotostend yaradılıb.
Məktəbdə
şagirdlərin ən yüksək səviyyədə təhsil
almaları üçün hərtərəfli
şərait var. Təhsil
ocağının sinif otaqları bütün zəruri inventar
və əyani vəsaitlərlə təmin edilib.
İdman zalı da bütün zəruri avadanlıqla təchiz olunub.
Qəsəbənin elektrik enerjisi, içməli
su və qaz təchizatı
ilə bağlı da hərtərəfli
iş aparılıb. Burada
yarımstansiyalar genişləndirilib, komplektləşdirilmiş
transformator yarımstansiyaları
quraşdırılıb, uzunluğu 30
kilometrdən çox olan
su kəməri çəkilib, nasosxana binası inşa olunub. Qəsəbəyə uzunluğu
təqribən 25 kilometr olan
qaz xətti çəkilib və 6 qaztənzimləyici
məntəqə yaradılıb. Burada müasir yol-küçə infrastrukturu
qurulub.
Prezident
İlham Əliyev yeni
qəsəbədəki mənzillərdə yaradılan şəraitlə
də tanış oldu. Burada
60 birotaqlı, 255 ikiotaqlı, 230 üçotaqlı və 55
dördotaqlı mənzil var.
Dövlətimizin
başçısı məcburi köçkünlər üçün salınan yeni
qəsəbədə yaradılan şəraitdən
razılığını bildirdi.
Azərbaycan.
- 2014.- 15 noyabr.- S.1.