Fələstin Dövlətinin
Prezidenti Zati-aliləri
cənab Mahmud Abbasa
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı – Fələstin Dövlətinin
elan edilməsi günü münasibətilə
Sizi və bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
İnanıram ki, Azərbaycan-Fələstin
dostluğu xalqlarımızın
iradəsini əks etdirərək bundan sonra da əməkdaşlığımızın
dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
qardaş Fələstin
xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 12 noyabr
2014-cü il.
Azərbaycan.
- 2014.- 15 noyabr.- S.1.