APA xəbər agentliyi 10 yaşını qeyd edib

 

Noyabrın 14-də "Kempinski Badamdar" hotelində Azəri-Press Agentliyinin (APA) 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə dövlət hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm mədəniyyət xadimləri, KİV təmsilçiləri iştirak ediblər.

Agentliyin 10 illiyinə həsr olunmuş videoçarxın nümayişi ilə başlanan yubiley mərasimini "Apa Holdinq"in direktorlar şurasının sədri, APA informasiya agentliyinin baş direktoru Nurşən Quliyev açaraq agentliyin fəaliyyətindən danışıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək 10 illik inkişaf yolu keçmiş APA-nın kollektivini təbrik edib onlara işlərində uğurlar arzulayıb.

Əli Həsənov deyib ki, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan milli mətbuatı özünün ən böyük inkişaf dövrünə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi söz məlumat azadlığının təmin olunmasını, demokratik, plüralist KİV-in formalaşması inkişafını, onun hüquqi-normativ bazasının yaradılmasını iqtisadi müstəqilliyinin təmin edilməsini dövlətin mətbuatla bağlı siyasətinin əsas vəzifələri kimi müəyyən edib. Məhz ulu öndər Heydər Əliyevin siyasi iradəsi böyük səyləri nəticəsində ölkədə söz məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq yaymaq hüququ təmin olunub.

Ümummilli liderin qətiyyəti nəticəsində siyasi plüralizmi, ifadə azadlığını məhdudlaşdıran senzuranın dövlət tənzimləmə mexanizmlərinin ləğv edildiyini diqqətə çatdıran Əli Həsənov deyib ki, KİV-in inkişafı sahəsindəki bütün süni maneələr aradan qaldırılıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb.

Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri deyib ki, Prezident İlham Əliyev ölkəmizdə mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq daha da şəffaflaşdırıb. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edib. Azərbaycan Prezidentinin sərəncamı ilə 2009-cu ildə yaradılmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.

Əli Həsənov deyib: "Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Bildiyiniz kimi, dövlət başçısının müvafiq sərəncamına əsasən, 156 mənzilli bina inşa edilərək jurnalistlərə paylanılıb. İndi isə jurnalistlər üçün 250 mənzildən ibarət yeni binanın tikintisi davam etdirilir".

"Apa Holdinq"in prezidenti Vüsalə Mahirqızı çıxış edərək Azərbaycanda mətbuatın inkişaf etdirilməsi, söz fikir azadlığının təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən danışıb, onların əməyinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.

Tədbirdə APA-ya ünvanlanmış təbrik məktubları səsləndirilib və bir sıra qurumlar tərəfindən agentliyə mükafatlar təqdim olunub. Yubiley mərasimi maraqlı konsert proqramı ilə davam edib.

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S.2.