Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə
Əlahəzrət,
Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir, dost Oman xalqına daim sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 15 noyabr 2014-cü il.
Azərbaycan.-2014.- 18 noyabr.- S.1.