Dövlət Sərhəd Xidmətinin AğstafadaAğgöl” sərhəd komendantlığı və təlim mərkəzi istifadəyə verilib

 

Noyabrın 7-də Ağstafa rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Şəmkir sərhəd dəstəsinin “Ağgöl” sərhəd komendantlığı və təlim mərkəzi xidməti-döyüş fəaliyyətinə başlayıb.

AzərTAc xəbər verir ki, bu münasibətlə noyabrın 4-6-da xidməti ərazidə DSX-nin çevik hərəkət bölmələrinin, döyüş helikopterlərinin, zirehli texnika, artilleriyazenit-raket komplekslərinin iştirakı ilə “Azərbaycan Respublikasının ərazisinə düşmənin terror-təxribat qruplarının hücumlarının qarşısının alınması və məhv edilməsi” adlı döyüş atışlı taktiki təlimlər keçirilib.

Təlimlərdə sərhəd dəstəsinin, komendantlığın, zastavanın və çevik hərəkət bölmələrinin şəxsi heyəti tərəfindən xüsusi xidmət şəraitində əməliyyat keçirilib və dövlət sərhədini pozmuş şərti düşmənin terror-təxribat qrupu zərərsizləşdirilib. Terror-təxribat qrupunu dəstəkləmək üçün dövlət sərhədini pozaraq hücuma keçən şərti düşmənin canlı qüvvəsi və zirehli texnikası DSX aviasiya dəstəsinin döyüş helikopterlərinin atəşi ilə uzaq məsafədən məhv edilib. Şərti düşmənin dövlət sərhədini pozmuş ikinci terror-təxribat qrupu isə hərbi-desant helikopterlərindən endirilən çevik bölmələrin heyəti tərəfindən zərərsizləşdirilib. Sonra şərti düşmənin helikopterin dəstəyi ilə döyüşə yeritdiyi qoşun qrupu zirehli döyüş maşınları və zenit qurğuları, hava hədəfi isə daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib. Təlimlər prosesində zenit-artilleriya qurğularından, iri çaplı pulemyotlardan və müxtəlif tipli raket qurğularından döyüş atışları müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyət tərəfindən yüksək intizam, peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib.

Bütün təlim tapşırıqları müvəffəqiyyətlə icra olunduqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev şəxsi heyəti təbrik edib. Elçin Quliyev taktiki təlimlərin Azərbaycan sərhədçilərinin Prezident, Silahlı Qüvvələrin Àli Baş Komandanı İlham Əliyevin hər bir əmrini şərəflə yerinə yetirməyə daim hazır olmalarını nümayiş etdirdiyini xüsusi vurğulayıb.

Hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasına həsr olunmuş təntənəli mərasimdə hərbi hissə komandiri polkovnik S.Cəfərov sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyəti haqqında məruzə edib.

Mərasimdə çıxış edən general-polkovnik Elçin Quliyev hərbi hissədə aparılan tikinti-quruculuq işlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Àli Baş Komandanı İlham Əliyevin bilavasitə tapşırığı əsasında həyata keçirildiyini və sərhəd mühafizəsi infrastrukturunun gücləndirilməsi məsələlərinə ali diqqətin növbəti ifadəsi olduğunu bildirib.

Sonra taktiki təlimlər zamanı fərqlənən hərbi qulluqçular təltifləndirilib, şəxsi heyətə medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı yeni hərbi hissənin qərargah binasına, tibb məntəqəsinə, əsgər kazarmasına və yeməkxanasına, hamam-camaşırxana kompleksinə və anbarlara, avtomobil park kompleksinə, silahtexnikaya baxış keçirib, zabit və gizirlər üçün yaradılan xidməti və mənzil şəraiti ilə tanış olub. Bütün xidməti otaqlar və mənzillər zəruri mebel, məişət avadanlığı, müasir istilik sistemləri və texniki avadanlıqla təmin edilib.

Ümumi ərazisi 12,8 hektar, tikinti sahəsi 8,7 hektar olan hərbi hissədə 16 bina, o cümlədən 56 xidməti mənzil, qərargah binası, 300 yerlik əsgər kazarması, yeməkxana, hamam-camaşırxana kompleksi, təminat anbarları, tibb məntəqəsi, texniki binalar, idman şəhərciyi, futbolmini-futbol meydançaları, 300 kubmetrlik içməli su anbarı və 200 kubmetrlik yanğına qarşı su anbarı inşa olunub.

Hərbi hissə ilə tanışlıqdan sonra mərasim iştirakçıları şəxsi heyətlə birgə nahar ediblər.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.6.