Kembric Universitetinin
professoru tələbələrlə
görüşüb
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun “Docendo discimus” layihəsi çərçivəsində Böyük Britaniyanın
Kembric Universitetinin Yaxın Şərq və Asiyaşünaslıq
fakültəsinin professoru
xanım Elizabet Raqaqni Bakı Slavyan Universitetinin müəllim və tələbələrinə mühazirə
oxuyub.
Fonddan AzərTAc-a
bildiriblər ki, beynəlxalq layihələr
sektorunun təşkilatçılığı
ilə keçirilən
tədbirdə britaniyalı
professor dinləyicilərə Monqolustanda, Rusiya Federasiyasının ucqarlarında
yaşayan türkdilli
xalqların mədəniyyəti,
başqa türkdilli xalqlarla qohumluq əlaqələri, habelə
müxtəlif ifadələrin
etimologiyası barədə
maraqlı məlumat verib. Dil qruplarından silinmək
təhlükəsi ilə
üzləşmiş türk
dillərini araşdıran
professor cəmi 500-dək adamın
danışdığı duxa dilini nümunə
gətirib.
E.Raqaqninin
sözlərinə görə, elə türk
dilləri var ki, onun müasir
daşıyıcıları öz ana dillərini xarici dil kimi öyrənirlər.
Tədbirdə tayqada yaşayan
xalqların həyat tərzini əks etdirən slaydlar nümayiş olunub. Sonda E.Raqaqnin
sualları cavablandırıb. Kembric Universitetinin professoruna Bilik Fondunun hədiyyəsi
təqdim edilib.
Azərbaycan.
- 2014.- 8 noyabr.- S.6.