Ərzaq məhsulları üçün etibarlı təminatlar yaradılır

 

Son 10 ildə bütün maliyyə mənbələri hesabına su təsərrüfatına əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın artıb

 

Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan, xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur-Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir.

 

İlham ƏLİYEV

 

Bu gün müstəqil Azərbaycan Respublikasının qarşısında duran prioritet vəzifələrdən biri ölkəmizdə ərzaq təhlükəsizliyinə nail olmaqdır. Müvafiq istiqamətdə məqsədyönlü tədbirlərin icrası yüksək səviyyədə yerinə yetirilir. Ərzaq məhsulları istehsalına yönəlik yeni-yeni istehsalat sahələrinin yaradılması, aqrar sahədə çalışan insanların torpağa daha möhkəm bağlanmaları üçün onların əməyinin stimullaşdırılması, emal müəssisələrinin qurulması məqsədilə güzəştli kreditlərin, subsidiyaların ayrılması dediklərimizə nümunə göstərilə bilər. Heç şübhəsiz ki, ərzaq təhlükəsizliyi və ərzaq bolluğundan bəhs edərkən bu məsələlərin həllində mühüm həlqələrdən biri olan su amili nəzərdən qaçırılmamalıdır.

2013-cü ilin sentyabr ayının 28-də Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü su elektrik stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimində iştirak edən dövlət başçısı  İlham Əliyevin də qeyd etdiyi kimi, kənd təsərrüfatının inkişafı böyük dərəcədə infrastruktur layihələrindən asılıdır və Azərbaycan gələcək illərdə ərzaq məhsullarına olan tələbatını tam şəkildə özü təmin edəcək.

Ölkə əhalisinin daxili istehsal hesabına çörək və çörək məhsulları ilə təmin edilməsi məqsədilə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tapşırığın icrası olaraq Yuxarı Mil kanalının 10,7 km-lik hissəsinin tikintisi 2012-ci ildə və 4,75 km-lik hissəsinin nasos stansiyası ilə birlikdə tikintisi, 2,3 km-lik hissəsinin yenidənqurulması  isə 2013-cü ildə tamamlanaraq  Beyləqan və Ağcabədi rayonları ərazilərində  4800 hektar, Füzuli və Ağcabədi rayonlarının ərazilərində 4000 hektar sahədə, eyni zamanda Hacıqabul  magistral kanalının  4,3 km-lik hissəsinin tikintisi 2013-cü ildə başa çatdırılaraq Hacıqabul rayonu ərazisində 1625 hektar sahədə pilot taxılçılıq təsərrüfatları yaradılıb. Eyni zamanda bu tədbir daxilində Neftçala rayonunda 967 hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün Neftçala magistral kanalının 376 pm hissəsində betontorpaq işləri görülüb, nasos stansiyasının xarici elektrik təchizatı üzrə işlər yerinə yetirilib. "SabirabadSalyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması"nın (Sabirabad rayonu üzrə) layihə sənədlərinin hazırlanmasına başlanılıb. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.

Respublikamızda su ehtiyatlarından  qənaətlə istifadə edilməsi, onların mühafizəsi, baş verən su itkilərinin qarşısının alınması sahəsində aidiyyəti qurumlar tərəfindən geniş həcmli tədbirlər həyata keçirilir.

"Azərbaycan MeliorasiyaSu Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olub əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır.

 

Təbiət şıltaqlıq etsə də...

 

2014-cü ildə dünyanın əksər ölkələrində, o cümlədən də respublikamızın ərazisində havaların proqnozlaşdırıldığından da artıq səviyyədə quraq keçməsi sudan korluq çəkilməsi ilə müşayiət olundu. Xüsusən qeyd etmək lazımdır ki,  bu hal suvarılması çətinlik yaradan dəmyə əkin sahələri üçün daha ağır keçdi.

Quraqlığın yaratdığı problemlər və vəziyyətdən çıxmaq üçün görülən tədbirlər haqqında "Azərbaycan Su Təsərrüfatı və Meliorasiya" ASC-nin sədri Əhməd Əhmədzadə dedi: - Heç kəsə sirr deyil ki, ölkə ərazisində aqrar potensialın inkişaf etdirilməsi, ərzaq bolluğunun formalaşdırılması üçün başlıca təminatlardan birisudur. Müvafiq istiqamət isə daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Konkret olaraq bu günlərdə cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında hörmətli Prezident demişdir: "Hesab edirəm ki, eyni zamanda, meliorasiya ilə bağlı olan layihələr - Taxtakörpü və açılışı nəzərdə tutulan Şəmkirçay su anbarları layihələrinin icrası nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi dövriyyəyə veriləcəkdir. Əlbəttə ki, biz o torpaqlarda görülən işləri bəri başdan planlaşdırmalıyıq. Çünki bu sahələrdə hansı məhsullar yetişdiriləcək, dövlət hansı addımlar atacaq - əlbəttə ki, biz bu barədə düşünürükbu yeni imkanlardan maksimum səmərə ilə istifadə etməliyik. Çünki on minlərlə hektar torpaq sahəsi suvarılacaq və beləliklə, havanın qeyri-sabit keçməsi və quraqlığın olması bizə az təsir göstərəcəkdir."

Ölkəmiz kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün əlverişli iqlim  zəngin təbiətə malik olan coğrafi bir regionda yerləşib. Lakin əsas əkinçilik bazası sayılan Kür-Araz düzənliyinin  əsasən  isti iqlim  az yağıntılar (il ərzində düşən atmosfer yağıntılarının miqdarı illik buxarlanmadan bir neçə dəfə azdır) ilə səciyyələnən arid bir zonada yerləşməsi, buya digər dərəcədə minerallaşmış qrunt sularının təbii axınının zəif olması burada suvarmanın və  mütəmadi olaraq  digər müvafiq kompleks meliorativ tədbirlərin  həyata keçirilməsini tələb edir. Hazırda ölkədə suvarılan sahələr 1,435 milyon hektardır və kənd təsərrüfatı məhsullarının 90 faizə qədəri bu torpaqlardan əldə edilir. Perspektivdə suvarılan torpaq sahələrinin artırılaraq 1,6 milyon hektara çatdırılması imkanları olsa da, su ehtiyatlarının çatışmaması bu tədbirin həyata keçirilməsində əsas maneədir.

Əhməd Əhmədzadə məlumat verdi ki, mövcud vəziyyətdə səhmdar cəmiyyəti tərəfindən istismar olunan suvarmakollektor-drenaj  şəbəkələrinin böyük əksəriyyəti əvvəllər kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin balansında olmuş daxili təsərrüfat sistemləridir. Respublikamızda aparılan aqrar islahatlar nəticəsində kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələri ləvğ olunduqdan sonra bu şəbəkələr bir müddət sahibsiz qaldığından və baxımsızlıq ucbatından istismara yararsız vəziyyətə düşmüşdü. Bir çox şəbəkələr, xüsusilə dəmir-beton novlu və qapalı suvarma şəbəkələri dağılıb sıradan çıxmışdı. Cəmiyyətin balansında olan suvarma kanallarının 75 faizdən çoxu torpaq məcralı olub, uzunmüddətli və fasiləsiz istismar nəticəsində fiziki cəhətdən köhnəlmişdi.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu şəbəkələr 2000-ci ildən "Azərbaycan MeliorasiyaSu Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin balansına götürülüb və onların təmir-bərpasına və təmizlənməsinə başlanılıb. Təsərrüfatdaxili suvarmakollektor-drenaj sistemlərinin dövlət himayəsinə götürülməsi ulu öndərin respublikada sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bariz  nümunəsi qismində bu sistemlərin tamamilə məhv olması təhlükəsini aradan qaldırdı.

Əsl reallıqda son illər dünyanın bütün ölkələrində olduğu kimi, respublikamızda da qlobal iqlim dəyişiklikləri və bunların təsiri nəticəsində anomal hidrometeoroloji proseslərin tez-tez baş verməsi müşahidə olunur.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 2014-cü ilin yaz-yay (aprel-iyun) gursululuq dövrünə dair əsas çaylara gözlənilən axınlar barədə verdiyi proqnozunda bu il çay hövzələrində aparılan qarölçmə işlərinin nəticələrinə görə, BöyükKiçik Qafqazın bölgələrinə yağan qarın çoxillik normadan orta hesabla 37 faiz, 2013-cü  illə müqayisədə isə 54 faiz az olduğu göstərilib. Milli Hidrometeorologiya Departamentinin proqnozu özünü doğruldub, cari ildə respublikanın çaylarında sululuq normadan və ötən ildəkindən xeyli az olub, bir sıra dağ çaylarının suyu tamamilə quruyub.

 

Su qıtlığına adekvat cavab

 

Cari ildə Mingəçevir, Şəmkir, Araz, Ceyranbatan, Ağstafaçay, Coqazçay və digər su anbarlarında toplanılan su həcmləri də normadan və ötən ildəkindən az olub. Çayların sululuğunun kəskin azalması və su anbarlarının doldurulmasında yaranmış belə vəziyyət əkin sahələrinin suvarma suyu ilə təmin edilməsində müəyyən çətinliklər yaradıb.

Bu səbəbdən mexaniki üsullarla (subartezian quyuları və nasos stansiyaları vasitəsilə) suvarmayaenerji daşıyıcılarına tələbat xeyli artıb.Yarana biləcək çətinliyin aradan qaldırılması və sudan səmərəli, qənaətlə istifadə olunmasının təmin edilməsi məqsədi ilə ASC tərəfindən müvafiq tədbirlər işlənib hazırlanıb. Mütəxəssislər rayonlara təhkim edilərək istismar təşkilatları və su istifadəçiləri ilə müvafiq izahat işləri aparıb, suvarmanın fasiləsiz və növbəlilik əsasında reallaşdırılması üçün zəruri tədbirlər görülüb.

Suvarma mövsümü başlanana kimi bütün kanallar və üzərindəki hidrotexniki qurğular istismar tədbirləri planına uyğun təmir edilərək suvarmaya hazır vəziyyətə gətirilib. Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib.

Cari ilin 9 ayı ərzində  bütün kənd təsərrüfatı bitkiləri 1361,4 hektar sahədə orta hesabla 3,2 dəfə, o cümlədən taxıl 568967 hektarda 2,34 dəfə, pambıq 23003 hektarda 2,9 dəfə, tütün 1162 hektarda 4,0 dəfə, yem bitkiləri 449296 hektarda 3,6 dəfə, bostan-tərəvəz 73023 hektarda 4,4 dəfə, çoxillik əkmələr 88498 hektarda 3,1 dəfə və həyətyanı sahələr 157471 hektarda 4,6 dəfə suvarılıb. Hazırda payızlıq əkinlərinin suvarılması davam etdirilir.

 

Sahəyə əsaslı kapital qoyuluşu artıb

 

Bütün maliyyə mənbələrindən ayrılan vəsait hesabına 2003-2013-cü illərdə respublikanın sel və daşqın təhlükəli çaylarında 166732 pm sahilbərkitmə tədbirləri həyata keçirilib ki, bu da əvvəlki 30 il illə müqayisədə dəfələrlə çoxdur.

 Asiya İnkişaf Bankının krediti ilə həyata keçirilən "Selə qarşı tədbirlər" layihəsi çərçivəsində 2006-2008-ci illərdə respublikanın 11 rayonunda sel və daşqın təhlükəli çaylarda, Naxçıvan MR-in Şərur rayonunda Araz çayında 34089 pm uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilib.

Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri 2010-cu ildə başa çatdırılıb.  2011-ci ildən isə respublikanın daha 15 rayonunda 85 min hektar ərazidə SİB-lərin inkişafına dəstək məqsədi ilə təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir-bərpasına başlanılıb və hazırda artıq 48948 hektar sahədə bu işlər tamamlanıb.

Dünya Bankının krediti hesabına respublikanın 8 rayonunda (Şabran,  Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı və Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri uğurla davam etdirilir.

Dövlət başçısının iqtisadiyyatın digər sahələri ilə paralel olaraq su təsərrüfatına da diqqətinin nəticəsi olaraq son 10 ildə bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın  artıb. Bunun nəticəsində mövcud meliorasiyairriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, sistem üzrə işçilərin əməkhaqqı 9,3 dəfə artıb, sahənin maddi-texniki bazası gücləndirilib, 2000-dən artıq maşın və mexanizmlər, o cümlədən 1036 ədəd torpaqqazan texnika alınıb, onların məhsuldarlığı 2001-ci il ilə müqayisədə 2 dəfəyə yaxın artıb. 1972,2 km suvarma kanallarının, 1475 km kollektor-drenaj  şəbəkələrinin bərpası, yenidənqurulması və tikintisi işləri həyata keçirilmiş, 156,8 min hektar suvarılan torpaqların su təminatı və 173,8 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb. 24 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. 1194 ədəd subartezian quyusu qazılıb.

 

Sugötürücü qurğular və nəqledici kanallar tikilir

 

"Azərbaycan MeliorasiyaSu Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiyairriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilib. Meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına hər il əkin sahələrini vaxtlı-vaxtında suvarma suyu ilə təmin etmək və artıq suları kənarlaşdırmaq məqsədi ilə balansında olan şəbəkələrdə müvafiq həcmlərdə təmir-təmizləmə işləri həyata keçirilir. Hər il 50-55 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılır, 11-12 min kilometr suvarma kanalları, 3-3,5 min km kollektor-drenaj şəbəkələri lildən təmizlənir.

Cari ildə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsinə daxil olanbu kanala əlavə su verilməsi məqsədilə Qusarçay, QudyalçayCaqacuqçay çaylarında sugötürücü qurğuların və nəqledici kanalların tikintisi və yenidənqurulması işlərinə başlanılıb. Eyni zamanda Şabran, Siyəzən və Xızı rayonlarında 30 min hektara yaxın yeni suvarılacaq və 25 min hektara yaxın mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün layihə sənədlərinin hazırlanmasına başlanılıb. Xızı rayonunda 9609  hektar yeni və 2970 hektar mövcud suvarılan torpaqlarda meliorativ tədbirlərin layihə sənədləri hazırlanaraq tikinti işlərinə başlanılıb. Siyəzən rayonu üzrə layihə sənədlərinin hazırlanması başa çatmaq üzrədir. Şabran rayonunda isə layihə-axtarış işləri davam etdirilir.

 

Əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "MeliorasiyaSu Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə ayrılmış  vəsait hesabına 2013-2014-cü illərdə respublikanın 33 rayonunun 320 yaşayış məntəqəsində  əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 357 ədəd subartezian quyularının 326 ədədində qazma işləri tamamlanaraq istifadəyə verilib, 31 ədədi isə ilin sonunadək istifadəyə veriləcək. Eyni zamanda Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına respublikanın rayonlarının ərazilərində su təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulmuş 55 ədəd subartezian quyusundan 46 ədədində qazma işləri yerinə yetirilib, 9 ədədində isə bu işlər ilin sonuna qədər yekunlaşacaq. Qazılmış subartezian quyuları vasitəsi ilə 7440 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılıb, əhalinin içməli və kommunal-məişət suyuna olan tələbatı ödənilib.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə  təsdiq edilmiş dövlət proqramlarında və tədbirlər planlarında meliorasiyasu təsərrüfatı sahəsi üzrə geniş layihələr nəzərdə tutulub. Hazırda "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"nda və  proqram xarakterli, inkişafa yönəlik, icrası "Azərbaycan MeliorasiyaSu Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə aid olan tədbirlərin bir hissəsi artıq yerinə yetirilib, digərləri də müvəffəqiyyətlə həyata keçirilməkdədir.

Qeyd olunanlar bir daha təsdiqləyir ki, qədim suvarma əkinçiliyi ölkəsi olan Azərbaycan bu gün də ənənələrə sadiqliyini davam etdirir.  Süni suvarma  tarix boyu ölkəmizdə əhalinin etibarlı ərzaq məhsulları ilə təmin olunmasında çox mühüm rol oynayıb və hazırda bütün dünyada  tədricən hiss edilməkdə olan iqlim dəyişiklikləri nəticəsində onun rolu və əhəmiyyəti   getdikcə artmaqdadır. Buna stimul verən isə müvafiq sahədə ölkənin böyük potensiala malik olması və dövlətin bu sahəyə lazımi səviyyədə dəstək verməsidir.

 

Əli SƏLİMOV

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.5.