Naxçıvan Şəhər Məhkəməsinin
sədri H.M.Məmmədovun
iş yerinin dəyişdirilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq qərara alıram:
Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 18 noyabr 2014-cü il
Azərbaycan.-2014.- 19 noyabr.- S.1.