Ərəb Dövlətləri Liqası
ilə Mərkəzi Asiya ölkələri
və Azərbaycan Respublikası arasında əməkdaşlıq
haqqında Memorandumun təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası arasında əməkdaşlıq haqqında 2014-cü il mayın 13-də Ər-Riyad şəhərində imzalanmış Memorandum təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2014-cü il
Azərbaycan.-2014.- 19 noyabr.- S.1.