"Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 240 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 240 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹7, maddə 822) 3-cü hissəsi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 14 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 19 noyabr.-  S.2.