Y.Qusman: Çox istəyirsən ki, bir anlığa Azərbaycan

adlanan mehriban əsrarəngiz diyarda olasan

 

AzərTAc-ın xəbər verdiyi kimi, rejissor Yuli Qusmanın “Qorxma, mən səninləyəm! 1919”  filminin təqdimatı  Moskvada böyük müvəffəqiyyətlə keçib. Filmdə baş rolda Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlu çəkilib.

Rusiya Dövlət İnformasiya Agentliyi -  TASS  filmin baş rejissoru Yuli Qusman ilə müsahibə dərc edib.

İkinci “Qırxma, mən səninləyəm! 1919”  filminin yaradılması ideyasından söz açan  rejissor bildirib ki,  33 il əvvəl birinciQorxma, mən səninləyəm!”  filmi çəkiləndə  çəkiliş qrupu ayrılmaq istəməyib. Rejissor deyib: “Polad Bülbüloğlu, Lev Durov, Muxtarbek Kantemirov güclü komanda, çox gözəl insanlardır. Əlbəttə, ayrılmaq bizə bir qədər ağır gəlirdi. Yenə bir yerdə işləmək istəyirdik. Bu film sanki çoxdan gözlədiyimiz  körpə idi. Mən ancaq insanlara sevinc bəxş etmək istəyirəm. Mənə belə gəlir ki, yetərincə ağır olan müasir dövrümüzdə çox istəyirsən ki, cansıxıcı havadan, rublya hərbi əməliyyatlarla bağlı xoşagəlməz xəbərlərdən, heç olmazsa, bir anlıq ayılıb   Azərbaycan deyilən mehriban və əsrarəngiz diyara düşəsən, bir anlıq bütün pisliklərdən və bədbəxtliklərdən uzaq,  macəralar və qələbələrə sevinən uşağa çevriləsən.

Filmin mərhəmət, xeyirxahlıq və məhəbbət kimi dəyərlərə həsr edildiyini vurğulayan  Y.Qusman deyib: “Biz istəyirdik ki, mənim Bakıda boya-başa çatandabizim ilk filmi çəkəndə keçirdiyimiz hisslər ekrandan səslənsin və  təkcə  mahnı və şeirlərdə eşidilməsin, həm də bizim münasibətimizdə əksini tapsın.  Mənim boya-başa çatdığım Bakı şəhərində hansı millətin nümayəndəsi, yaxud  varlı və ya kasıb olmağın barədə anlayış ümumiyyətlə olmayıb”.

Rejissorun sözlərinə görə, qrup çəkilişlər zamanı Azərbaycana Rusiyanın  böyük  aktyor və kinematoqrafçılarından ibarət  70 nəfərlik qrup gəlib.  Y.Qusman deyib: “İlk iki gündə sanki iynə üstündə oturmuşdular. Hər halda Azərbaycan başqa bir ölkə idi. Doğrudur,  onun barəsində çox oxumuş,  çox eşitmişdilər. Düz iki gün sonra başqa adam oldular. Orada özlərinə yaxın insanlar,  dostlar  tapdılar,  dadlı yeməklər verilən  gözəl yerlər tanıdılar. Belə yerlər isə çoxdur. İndi onlar Bakıya gəlmək arzusundadırlar. Mənə belə gəlir ki, məhz kinematoqrafın və incəsənətin çəkdiyi bu körpüləri nəinki dəstəkləməliyik, həm də hər vəchlə alqışlamalıyıq.

Y.Qusman TASS-a müsahibəsində çəkilişlərin aparıldığı İlisu qəsəbəsindən də danışaraq deyib: “Bir vaxtlar qorxunc vəziyyətdə olan yollar bu müddət ərzində çox gözəl avtomobil yollarına çevrilib. Həqiqətən, Azərbaycan bu  20 ildə fürsəti əldən verməyib. Həmin kiçik qəsəbədə hazırda  dəbdəbəli  kottec və otellər var. Biz çayın sahilindəki  talanı zorla tapdıq. Sakinlər elə həmin sakinlərdir, lakin ətrafda hər şey dəyişib. İsveçrədəki kimi olub”.

 

 

Fəridə Abdullayeva

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2014.- 21 noyabr.- S.11.