Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında

 əlaqələrin inkişaf səviyyəsi məmnunluq doğurur

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə iki ölkə arasında siyasi əlaqələrin mövcud inkişaf səviyyəsinin məmnunluq doğurduğu vurğulanıb. Qarşılıqlı faydalı əməkdaşlıq əsasında iqtisadi-ticarət əlaqələrinin dinamik inkişafının sevindirici hal olduğu qeyd olunub. Ölkələrimizin zəngin potensialına uyğun olaraq ticarət dövriyyəsinin daha da artırılması üçün əlverişli imkanların mövcudluğu diqqətə çatdırılıb. Bu xüsusda, Birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətli rola malik olduğu diqqətə çatdırılıb.

Görüşdə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, birgə investisiya layihələri, nəqliyyat və yük daşımaları sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2014.- 19 noyabr.-  S.6.