Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi: Dünya
həqiqətləri bilməlidir
Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası və Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının birgə təşkilatçılığı
ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi: Dünya həqiqətləri bilməlidir”
mövzusunda konfrans keçirilir.
AzərTAc
xəbər verir ki, Dövlət İdarəçilik
Akademiyasının rektoru, akademik Urxan Ələkbərov
konfransda çıxış edərək ölkəmizin əsas
problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, ermənilərin tarixən azərbaycanlılara
qarşı həyata keçirdiyi soyqırımı və
etnik təmizləmə siyasəti ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasının
vacibliyindən danışıb.
Sonra
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev
adına Akademiyasının baş müəllimi Azər Səlimov
“Terrorçuluq və təcavüzkar separatçılıq
Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir”,
Akademiyanın kafedra rəisi, professor Cəlal Qasımov “Sovet
təhlükəsizlik orqanlarında ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdiyi soyqırımı siyasəti”
mövzusunda məruzələrlə çıxış
ediblər.
Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının işçi qrupunun rəhbəri
Firudin Sadıqov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində əsir
düşmüş və girov götürülmüş
soydaşlarımızın üzləşdiyi məşəqqətlər”
mövzusunda çıxış edib.
Konfransda
bildirilib ki, Ermənistan tərəfindən Azərbaycana
qarşı yürüdülən
işğalçılıq, soyqırımı,
terrorçuluq və silahlı separatçılıq siyasətinə,
eləcə də tarixi ərazilərimiz, maddi mənəvi
abidələrimizlə bağlı iddialarına qarşı
mübarizənin daha da gücləndirilməsi, birbaşa
hücum taktikasına üstünlük verilməsi ilə əlaqədar
Prezident İlham Əliyevin tövsiyələri rəhbər
tutularaq bu istiqamətdə görülən işlərin
daha məqsədyönlü və planlı şəkildə
təşkili önəm kəsb edir. Bunları nəzərə
alaraq aidiyyatı dövlət qurumları, eləcə də
Türkiyə-Azərbaycan diaspor təşkilatları
arasındakı əlaqələr, habelə ölkələrimizin
beynəlxalq miqyasda mövcud siyasi-iqtisadi və elmi dairələrlə
münasibətləri daha da inkişaf etdirilməlidir.
Konfransın
sonunda Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr
mərkəzi və İctimai Televiziyanın birgə
hazırladıqları “Dünya həqiqəti bilməlidir” sənədli
filmi nümayiş etdiriləc
Azərbaycan.-2014.- 19 noyabr.- S.6.