Mədəniyyət və Turizm
Nazirliyində
Gürcüstan nümayəndə
heyəti ilə görüş olub
Mədəniyyət və Turizm Nazirliyində Gürcüstanın mədəniyyət və abidələri mühafizəsi naziri Mixail Giorqadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
AzərTAc
xəbər verir ki, Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev qonaqları səmimi
salamlayaraq M.Giorqadzenin mədəniyyət naziri vəzifəsində
ilk səfərini qardaş Azərbaycana etməsi
faktını əlamətdar hadisə
adlandırmışdır.
Ə.Qarayev deyib: “Bizim ortaq sərhədlərimizlə yanaşı, ortaq tarixi keçmişimiz var. Biz beynəlxalq layihələrdə həmişə ortaq mövqelərdən çıxış etmişik, əməkdaşlığımızı genişləndirmək üçün zəngin potensial var”.
Nazir daha sonra deyib ki, bu gün İncəsənət Muzeyində gürcüstanlı rəssamların əsərlərindən ibarət “Gürcüstandan sevgilərlə” adlı sərginin açılışı olacaq.
Mixail Giorqadze ölkəmizə və gözəl Bakı şəhərinə dəvət olunduğuna görə təşəkkürünü bildirərək qeyd edib ki, ölkələrimiz arasında istər mədəniyyətdə, istərsə də başqa sahələrdə tarixi münasibətlər nəinki mehriban qonşuluq, hətta əsl qardaşlıq və dostluq münasibətlərinin nümunəsi ola bilər.
Qonaq vurğulayıb ki, mədəniyyət sahəsində qarşılıqlı əlaqələrimizin imkanları çox genişdir. Mədəniyyət xalqların qarşılıqlı yaxınlaşması, onların dostluğunun möhkəmlənməsi üçün ən səmərəli vasitələrdən biridir.
Nazir bu sahədə Azərbaycanla birgə işləməyə hazır olduğunu bildirərək deyib: “Bizim aramızda həll edilə bilməyəcək məsələlər yoxdur”.
Tərəflərin ümumi
fikrinə görə, turizm sahəsində
əlaqələrimiz yaxşı vəziyyətdədir və
mədəni turizm bu işin əsas istiqamətlərindən biri olmalıdır. Bu sahə bizim regiona turist
axınının daha
da artmasına səbəb ola
bilər.
Turistlərin vahid bir region kimi üz tutduqları
bu bölgədə mədəniyyətlərin və
ənənələrin müxtəlifliyi
onlar üçün
əlavə stimuldur.
Azərbaycan.-2014.-
19 noyabr.- S.8.