Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin

 sədri Tərtərdə vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin, ərizə və şikayətlərinin qanunauyğun, operativ həlli üçün konkret tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə noyabrın 18-də Tərtər şəhərində Tərtər, Yevlax, Ağdaş və Bərdə rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl TQDK sədri Məleykə Abbaszadə və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

TQDK-nın sədri M.Abbaszadə qəbula gələn hər bir vətəndaşı diqqətlə dinləyib. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qismi barədə vətəndaşlara ətraflı izahat və məsləhətlər verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Azərbaycan.-2014.- 19 noyabr.-  S.8.