Bakıda İkinci Beynəlxalq
İdman Filmləri Festivalı
başlanıb
Noyabrın 18-də Nizami Kino Mərkəzində İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalının açılış mərasimi olub.
Mərasimdən əvvəl keçirilən mətbuat konfransında İdman, Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko, Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian (Macarıstan), heyətin üzvi Yusif Şeyxov, fransalı rejissor Kristof Offenşteyn festivalın proqramı, təqdim olunan filmlər və dünyada keçirilən bənzər festivallar barədə məlumat veriblər.
Daha sonra festivalın açılış
mərasimi keçirilib.
Mərasimdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalının
əhəmiyyətindən söz açıb. Bildirib ki,
bu festival, həqiqətən
də, böyük bir məna daşıyır.
Ölkəmizdə ən böyük
və mötəbər
idman yarışı
“Bakı-2015” birinci Avropa
Oyunları keçiriləcək.
Vurğulanıb ki, Avropa Oyunlarının
Təşkilat Komitəsinə
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir.
Nazir əminliklə
ifadə edib ki, bu oyunlar,
həqiqətən, nümunəvi
bir idman bayramına çevriləcək.
Qeyd olunub ki, İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalı Mədəniyyət
və Turizm, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya
Komitəsinin təşkilatçılığı
ilə keçirilir. Festival idmanın bir çox növünə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək
məqsədilə reallaşdırılıb.
İdman kinosu və televiziyası sahəsində
ad qazanmış yerli
və xarici mütəxəssislərin Bakı
festivalında iştirakı
onun əhəmiyyətini
artırır. Ümid edirəm ki,
Bakı festivalı idman kinosu sahəsində
fəaliyyət göstərən
sənət adamları
üçün dostluq
və əməkdaşlıq
əlaqələri qurmağa
kömək edəcək.
Daha sonra çıxış edən
münsiflər heyətinin
sədri Endre Florian, fransalı rejissor Kristof Offenşteyn birgə əlaqələrin yaradılması
baxımından festivalın
əhəmiyyətini yüksək
qiymətləndiriblər.
Festivalın ünvanına 33 ölkədən
115 film daxil olub. Onlardan 23 ölkəni
təmsil edən 48
film müsabiqəyə buraxılıb.
Filmlər 5 kateqoriya -
“Bədii film”, “İdman
və şəxsiyyət”,
“İdman və dünya”, “TV filmləri” və “Milli film” üzrə bölüşdürülüb.
Birinci festivalla
müqayisədə builki
festivala təqdim edilən Azərbaycan filmlərinin və televiziya proqramlarının
sayının əhəmiyyətli
dərəcədə çoxalmasını
birinci Avropa Oyunları ərəfəsində
idmana artan marağın göstəricisi
kimi qiymətləndirmək
olar.
Festival günlərində müsabiqə filmlərinin
nümayişi ilə
yanaşı, Nizami
Kino Mərkəzində dünyanın
məşhur foto ustalarının idman mövzusuna həsr olunan təbliğat vasitələrinin sərgisi
də təşkil olunub.
Noyabrın 20-dək davam edəcək festivalın ilk günündə
Kristof Offenşteynin “Tənha” bədii filmi nümayiş etdirilib.
AzərTAc
Azərbaycan.-2014.- 19 noyabr.- S.11.