Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin

 Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may  tarixli 167 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi"nin 5.3-cü bəndinə uyğun olaraq qərara alıram:

Aşağıdakı şəxslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri təyin edilsin:

 

Abdullayev Kamal Mehdi oğlu

Əbdüləziz bin Osman əl-Tüveycri

Əliyeva Leyla İlham qızı

Əlizadə Akif Ağamehdi oğlu

Əlizadə Firəngiz Əliağa qızı

Koiçiro Matsuuro

Quliyev Eldar Tofiq oğlu

Salahov Tahir Teymur oğlu

Şarovski Aleksandr Yakovleviç

Zabelin Mixail Yuryeviç.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 19 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 20 noyabr.- S.1.