Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında 2014-cü il oktyabrın 16-da Düşənbə şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 17 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 20 noyabr.-  S.1.