«Banklar haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 26 mart tarixli 42 nömrəli fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli fərmanını "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 994-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 220 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 143; 2010, ¹ 2, maddə 80) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2-ci bəndə "57.3-cü" sözlərindən əvvəl "41.2-ci maddəsinin dördüncü abzasında (birinci halda)," sözləri əlavə edilsin və həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:
"3.3. həmin qanunun 41.2-ci maddəsinin dördüncü abzasında (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2014-cü il
Azərbaycan.-2014.- 20 noyabr.- S.2.