«Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli fərmanını "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 995-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 221 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 490) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bəndə "9.10-cu maddələrində," sözlərindən sonra "13.2-1-ci maddəsində (birinci halda)," sözləri əlavə edilsin.

2. 2.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:

"2.3. həmin qanunun 13.2-1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 17 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 20 noyabr.-  S.3.