Azərbaycan Respublikasının Gömrük

 Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 9, maddə 787) aşağıdakı dəyişikliklər edilsin:

1. 73.1-ci maddədə "3 (üç)" sözləri "1(bir)" sözləri ilə əvəz edilsin.

2. 108.2-ci maddə ləğv edilsin.

3. 160.1-ci maddədə "3 (üç)" sözləri "2 (iki)" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 28 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 20 noyabr.- S.2.