Beynəlxalq konfransda QHT əməkdaşlığının

 nailiyyətləri və perspektivləri müzakirə edilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası noyabrın 19-da Bakıda “QHT əməkdaşlığının nailiyyətləri və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirib.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov konfransda iştirak edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev konfransın keçirilməsində məqsədin Azərbaycanın beynəlxalq aləmdə QHT-lərlə əməkdaşlığının qiymətləndirilməsi, sülhregional təhlükəsizlik, mədəniyyətlərarası dialoq, vətəndaş cəmiyyəti təşkilatları arasında gələcək əməkdaşlıq imkanları, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı yeni mexanizmlər ətrafında fikir mübadiləsinin aparılması olduğunu söylədi.

A.Quliyev bildirdi ki, QHT-lər vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq xalqlar və ölkələr arasında dostluqanlaşma mühitinin daha da yaxşılaşdırılması üçün ciddi töhfələr verə bilərlər.

Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını və bugünkü konfransın təşkilinin də bu baxımdan mühüm olduğunu deyən Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov QHT-lərin dünyada vətəndaş cəmiyyətinin inkişafında rolunun getdikcə daha da artdığını bildirdi. Novruz Məmmədov bir sıra QHT-lərin dünyada gedən proseslərə təsir göstərə bildiyini dedi, bu qurumların beynəlxalq münasibətlərdə mühüm amilə çevrildiyini vurğuladı.

Prezident Administrasiyası rəhbərinin müavini dedi ki, ölkələr arasında əməkdaşlığın dərinləşməsində QHT-lərin iştirakı mühüm önəm kəsb edir. QHT-lər yaradılanda qarşılarına qoyulan vəzifə vətəndaş cəmiyyətinin inkişafına təkan vermək olsa da, onlar tez bir zamanda artıq beynəlxalq münasibətlərin mühüm amilinə çevrilib. Bu gün elə QHT var ki, hətta geosiyasi aktor kimi ayrıca fəaliyyət göstərir və dünyada gedən proseslərə təsir edə bilir.

Şöbə müdiri bildirdi ki, bu gün dünyada yaranan gərginliklərdə kimlərin hansı məsuliyyət daşıması məsələsinə nəzər yetirsək belə proseslərdə QHT-lərin də müəyyən məsuliyyətinin olduğunu görərik. Əgər QHT-lər bu məsuliyyəti üzərlərindən atsalar özlərinin statuslarına ciddi zərbə vurmuş olarlar.

Novruz Məmmədov qeyd etdi ki, Azərbaycan dövlətinin ilk vaxtlardan əsas istəyi inkişaf etmiş cəmiyyət, iqtisadi, siyasi sistem qurmaq, uğurlu inteqrasiya, uğurlu əməkdaşlıq həyata keçirmək olub. Ölkəmiz artıq bununla bağlı mühüm nailiyyətlər əldə edib.

Azərbaycan Avropa dövlətləri ilə uğurla əməkdaşlıq edən gənc bir ölkədir. Azərbaycanın tərəfdaşları ilə birlikdə həyata keçirdiyi layihələr tarixə düşən layihələrdir. Bu gün də belə layihələrin həyata keçirilməsi davam edir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP kimi layihələr bu gün dünya miqyasında, beynəlxalq əməkdaşlıq sahəsində çox vacib layihələrdir. Bu layihələrin hər birinin həyata keçirilməsində əsas rolu Azərbaycan oynayır. Biz siyasi, iqtisadi, enerji, mədəniyyət, idman sahələrində Qərblə uğurla əməkdaşlıq edirik. Azərbaycan bu illər ərzində özünün müstəqil xarici siyasət kursunu saxlamağı ən mühüm vəzifəsi hesab edib, bugünədək də bu vəzifəni çox uğurla həyata keçirir. Bu, Azərbaycanın dövlət maraqlarının, suverenliyinin qorunması üçün çox mühüm amildir.

 

Prezident Administrasiyasının rəsmisi deyib ki, hər kəs öz qarşısında duran vəzifəni vicdanla yerinə yetirsə problemlər də az olar. Bu baxımdan QHT-lər də üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidirlər. Ümumiyyətlə, bütün tərəflər öz məsuliyyətlərini dərk etməlidirlər. Avropa dövlətlərində bəzi rəsmilərin hər şeyə geosiyasi yanaşma nümayiş etdirmələrinin, bütün əməkdaşlıq proseslərinin geosiyasiləşdirilməsinin, hər kəsin öz maraqlarını prioritet kimi götürməsinin nəticələri göz qabağındadır.

Dünyada, xüsusilə Avropada ikili standartlardan danışan Novruz Məmmədov bildirdi ki, bir müddət əvvəl Rusiyanın öz ərazisində, Ukrayna sərhədindən 150-200 kilometr aralıda hərbi təlim keçirməsi ilə əlaqədar Qərbdə uzun müddət müzakirələr aparıldı. Bu təlimlərin məqsədi, kimlərə təhdid yaratması ilə bağlı narahatlıq ifadə olundu. Bir neçə gün əvvəl isə erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın işğal altındakı ərazisində hərbi təlimlər keçirildi. Dünyanın bütün təşkilatları tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan həmin ərazidə qeyri-qanuni olaraq keçirilən hərbi təlimlərlə bağlı təəssüf ki, heç bir Qərb mediası, QHT hər hansı fikir bildirmədi. Ümumiyyətlə indiyədək münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlılara qarşı dünyada ikili standartlar nümayiş olunur.

Prezident Administrasiyası rəhbərinin müavini dedi: “İyirmi ildən artıqdır ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə məşğul olur. Lakin indiyədək onun gördüyü işlərin heç bir nəticəsi yoxdur. Dünyanın ən güclü dövlətlərinin təmsil olunduğu bu qurum niyə heç bir uğurlu addım ata bilmir? Bunun səbəbi nədir? Səbəb odur ki, əslində ATƏT-in Minsk qrupu beynəlxalq hüququ tamamilə kənara qoyub. Niyə belə olmalıdır? Onların prinsipi budur ki, siz özünüz razılığa gəlin, biz sizi dəstəkləyərik. Bunu necə başa düşmək olar? Bizim ərazimizin bir hissəsi - Azərbaycanın Dağlıq Qarabağ regionuonun ətrafındakı 7 rayon işğal olunub. Hansısa beynəlxalq QHT buna münasibət bildirirmi? Azərbaycanın konkret məqsədi var: Ölkəmizin suverenliyini, müstəqilliyini qoruyub saxlamaq, ərazi bütövlüyümüzü bərpa etmək”.

Novruz Məmmədov tədbirdə iştirak edən QHT nümayəndələrini baş verən hadisələrlə bağlı ədalətli mövqe nümayiş etdirməyə çağırdı.

Prezident Administrasiyası rəhbərinin müavini bildirdi ki, universal dəyərlər çox böyük əhəmiyyət daşıyır. Bütün ölkələrdə cəmiyyətdə bu dəyərlərin qorunması lazımdır. Amma universal dəyərlərin həyatda öz yerini tapması üçün bir prinsip var. Bu da ədalət prinsipidir. Bütün tarix boyu bu, olmalıdır. Ədalət prinsipi olarsa universal dəyərlər də ola bilər, olmasa onların haqqında danışmaq yersizdir. Əgər beynəlxalq hüquqa riayət edilmirsə, o zaman ədalətdən danışmaq da qeyri-mümkündür. Belə məsələlər bu gün Azərbaycanı çox narahat edir. QHT-lər bu istiqamətdə öz məsuliyyətlərini dərk etməlidirlər.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək Azərbaycanda dövlət tərəfindən QHT-lərə göstərilən diqqət və dəstəkdən söhbət açdı. Bahar Muradova qeyd etdi ki, Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də vətəndaş cəmiyyətinin formalaşdırılmasına və inkişafına dəstək verməkdir.

Dünyada ədalət prinsipindən danışan Milli Məclis sədrinin müavini bildirdi ki, Azərbaycan bu məsələyə xüsusi önəm verir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu müddətdə ədalət ideallarını, beynəlxalq hüququbütün ölkələr arasında sülh şəraitində əməkdaşlığı müdafiə etdi. Lakin ədalət prinsipinə hamının heçeyni cür yanaşmaması, beynəlxalq aləmdə bu prinsipə göstərilən etinasızlıq təəssüf doğurur.

Bahar Muradova Milli Məclis ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıqdan da danışdı, bu əməkdaşlığın vətəndaşla parlament arasındakı münasibətlərin tənzimlənməsindəki rolunu qeyd etdi.

Milli Məclis sədrinin müavini dedi ki, konfransda QHT-lərin cəmiyyətdə rolunun gücləndirilməsi ilə bağlı səsləndirilən mühüm fikirlər sonradan bizim işimizi qurmaq, qanun yaradıcılığı prosesində bəzi məsələləri nəzərə almaq üçün ciddi əsaslar yaradacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı QHT-lərin dünyada rolunun gələcəkdə daha da artacağını, bu baxımdan konfransın vacib mövzuya həsr edildiyini dedi. Komitə sədri bildirdi ki, bu gün QHT-lər cəmiyyətə, dünyada gedən siyasi proseslərə təsir etmək baxımından siyasi partiyaları üstələyir. Azərbaycan gənc ölkə olmasına baxmayaraq, QHT-lərin yaradılması və fəaliyyətinin genişləndirilməsi baxımından çox ciddi uğurlar əldə edib. Azərbaycanda vətəndaş cəmiyyəti bərqərar olubbu gün QHT-lər Azərbaycanın sərhədlərindən kənara çıxıb. İndiyə qədər Azərbaycanda fəaliyyət göstərən QHT-lər yalnız ölkədəki məsələləri müzakirə edirdisə, bu gün onlar xaricdə müxtəlif layihələr həyata keçirir. Bu, Azərbaycanın tanıdılması, bölgədə baş verən hadisələrin təhlili, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir.

Bu gün dünyada dini radikalizmin bütün sahələrdə özünü göstərdiyini deyən M.Qurbanlı bunun yeni münaqişələr, təhlükələr yaratdığını bildirdi. Qeyd etdi ki, gələcəkdə dini radikalizmlə mübarizə baxımından QHT-lərin  bir sıra məsələlər ətrafında ciddi müzakirələr aparması çox vacibdir. Bu baxımdan Dini Qurumlarla Üzrə Dövlət Komitəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə müəyyən layihələrdə birgə işləməyi qərara alıb. İslamofobiyaya qarşı mübarizə ilə bağlı tədbirlərin keçirilməsi, dini radikalizmin baş qaldıran müxtəlif cərəyanlarının təhlil edilməsi, regionda dinlərarası, dinlər daxili dialoq ətrafında müzakirələr aparılması barədə razılığa gəlinib. Hər iki qurum arasında əməkdaşlığa dair memorandum imzalanması planlaşdırılır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Azərbaycanda QHT-lərin fəaliyyəti, vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı hesabat xarakterli təqdimatla çıxış etdi. Məlumat verildi ki, hazırda ölkədə 4 mindən artıq qeyri-kommersiya təşkilatı var ki, onlardan da 314-ü fundamental olaraq vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi ilə məşğuldur. Bildirildi ki, Azərbaycanda 111 xarici təşkilat və beynəlxalq qurumların filialı fəaliyyət göstərir.

Konfrans işini sessiyalarla davam etdirdi.

 

Azərbaycan.-2014.- 20 noyabr.- S.6.