Azərbaycan Avropa
Şurasının Korrupsiyaya qarşı
Mübarizə
Aparan Dövlətlər Qrupunun fəal
üzvü və mühüm tərəfdaşıdır
Azərbaycan
korrupsiya ilə mübarizədə Avropa Şurasının
Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər
Qrupunun (GRECO) fəal üzvü və mühüm tərəfdaşıdır.
Biz bu qurum çərçivəsində Azərbaycan ilə
fəal əməkdaşlıq edirik.
Bu
sözləri GRECO-nun prezidenti Marin Mrçela noyabrın 19-da
AzərTAc-a müsahibəsində deyib.
Bakıda
Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və
iştirakçısı olan dövlətlərin
Assambleyasının 3-cü sessiyasının keçirilməsinin
əhəmiyyətini yüksək qiymətləndirən
M.Mrçela bildirib ki, Azərbaycan korrupsiyaya qarşı
mübarizə ilə bağlı üzərinə
götürdüyü öhdəliklərə hər zaman əməl
edib.
Beynəlxalq
konfransda müşahidəçi statusunda təmsil
olunduqlarını vurğulayan qonaq diqqətə
çatdırıb ki, GRECO Beynəlxalq Antikorrupsiya
Akademiyasının üzvüdür. Bu, mükəmməl əməkdaşlıq
deməkdir. Bu konfrans təkcə peşəkarlar
üçün deyil, eyni zamanda, ictimai xadimlər
üçün də əhəmiyyətlidir. Təbii ki, bu
iki tərəf korrupsiya ilə mübarizədə fikir
mübadiləsi aparmaqla bir-birilərindən faydalana bilər.
Azərbaycan.2014.- 20 noyabr.- S.9.