Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya
və Avropa Olimpiya komitələrinin
prezidentlərini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.
Beynəlxalq Olimpiya Komitəsinin
prezidenti Tomas Bax Azərbaycanda həyata keçirilən
böyük inkişaf proseslərinin onda dərin təəssürat
yaratdığını dedi və əldə olunan uğurlar
münasibətilə dövlətimizin
başçısını təbrik etdi.
Avropa
Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının
Bakıda keçirilməsini əhəmiyyətli hadisə
kimi dəyərləndirən dövlətimizin
başçısı ölkəmizin belə bir tədbirə
ev sahibliyi etməsindən məmnun olduğunu dedi. Prezident
İlham Əliyev qonaqların ölkəmizlə yaxından
tanış olması üçün bu cür tədbirlərin
yaxşı fürsət yaratdığını bildirdi. Bir sıra beynəlxalq tədbirlərin
təşkilində ölkəmizin yaxşı təcrübəyə
malik olduğunu vurğulayan dövlətimizin
başçısı birinci Avropa Oyunlarının da
uğurla keçiriləcəyinə əminliyini ifadə
etdi.
Görüşdə
Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində
göstərilən diqqətin önəmi qeyd olundu, ölkəmizin
bu sahədə beynəlxalq əməkdaşlığa
verdiyi töhfədən danışıldı, Bakıda
keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə
hazırlıq işləri görülməsindən məmnunluq
ifadə olundu.
Sonra
Tomas Bax Beynəlxalq Olimpiya Komitəsi tərəfindən
dövlət başçıları üçün
hazırlanmış xatirə medalını Prezident İlham
Əliyevə təqdim etdi. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bu xatirə medalının təqdim
olunduğu ilk dövlət başçılarından biridir.
Sonda
xatirə şəkli çəkdirildi.
Noyabrın
20-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin adından Beynəlxalq Olimpiya Komitəsinin prezidenti
Tomas Baxın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik
Hikkinin şərəfinə ziyafət verildi.
Azərbaycan.-2014.- 21 noyabr.- S.1.