A.S.Şükürovun Azərbaycan
Respublikasının Liviya Dövlətində
fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən
geri çağırılması
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycan Respublikasının Liviya Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2014-cü il
Azərbaycan.-2014.- 21 noyabr.- S.2.