İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalı başa çatdı

 

İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalına noyabrın 20-də yekun vurulub.

Bu münasibətlə Nizami Kino Mərkəzində festivalın bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə festivalın əhəmiyyətindən söz açılıb.

Bildirilib ki, ölkəmizdə keçiriləcək ən böyük və mötəbər idman yarışı “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində təşkil olunan bu festival böyük əhəmiyyət daşıyır. Festival idmanın bir çox növünə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədilə reallaşdırılıb.

Vurğulanıb ki, Avropa Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir.

Qeyd olunub ki, İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalı Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilir.

İdman kinosu və televiziyası sahəsində ad qazanmış yerlixarici mütəxəssislərin Bakı festivalında iştirakı onun əhəmiyyətini artırır.

Qeyd olunub ki, festivalın ünvanına 33 ölkədən 115 film daxil olub. Onlardan 48-i müsabiqəyə buraxılıb. Filmlər 5 kateqoriya - “Bədii film”, “İdman şəxsiyyət”, “İdman dünya”, “TV filmləriMilli film” üzrə bölüşdürülüb.

Birinci festivalla müqayisədə builki festivala təqdim edilən Azərbaycan filmlərinin televiziya proqramlarının sayının əhəmiyyətli dərəcədə çoxalmasını birinci Avropa Oyunları ərəfəsində idmana artan marağın göstəricisi kimi qiymətləndirmək olar.

Festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı, Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman mövzusuna həsr olunan təbliğat vasitələrinin sərgisi təşkil olunub.

Sonra qaliblərə mükafatlar təqdim edilib.

 

 

Azərbaycan.-2014.- 21 noyabr.- S.11.