Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə
Dövlət Xidmətinin rəisi
Sumqayıtda vətəndaşları qəbul edib
Prezident
İlham Əliyevin göstəriş və tövsiyələrinə
əsasən, vətəndaşların yerlərdə qəbulu
üzrə təsdiq edilmiş cədvələ uyğun
olaraq, Azərbaycan Respublikasının Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov
noyabrın 20-də Sumqayıtda vətəndaşları qəbul
edib.
AzərTAc
xəbər verir ki, Xidmətin Sumqayıt şəhər idarəsinin
inzibati binasında keçirilən qəbulda Abşeron və
Qubadlı rayonlarının, həmçinin Sumqayıt sakinlərinin
müraciətlərinə baxılıb.
Müraciətlər
əsasən Xidmətin Sumqayıt şəhər idarəsi
və Abşeron rayon şöbəsində işə və
ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və
vəsiqəsinin verilməsi, hərbi xidmətə
çağırılan şəxslərin ailə vəziyyətləri
ilə əlaqədar yaşadıqları əraziyə
yaxın hərbi hissələrdə xidmət keçmələrinə
köməklik göstərilməsinə dair olub.
Qəbulda
irəli sürülən bəzi məsələlər
yerindəcə həllini tapıb. Araşdırılması
tələb olunan müraciətlər nəzarətə
götürülüb və müvafiq araşdırmalardan
sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə
aid olmayan müraciətlər aidiyyəti üzrə
baxılması məqsədilə müvafiq qurumlara
çatdırılmaq üçün qeydiyyata alınıb.
Azərbaycan.-2014.- 21 noyabr.- S.7.