Türkiyənin kino
ulduzları Bakıda "Unudarsam,
pıçılda" söylədilər
Azərbaycanı
doğma və sevimli məkan
bilən, azərbaycanlılara qəlbən bağlı
olduqlarını daim etiraf edən Türkiyənin bir qrup
tanınmış kino ulduzları, nəhayət ki, Bakıda
sevimli pərəstişkarları ilə
görüşdülər.
Türkiyənin “Taff Pictures” studiyasında lentə alınan “Unudarsam, pıçılda” (“Unutarsam, fısılda”) filminin Nizami Kino Mərkəzində qala gecəsi keçirilib. Bu münasibətlə filmin rejissoru Çağan İrmak, aktyorlardan Fərəh Zeynəb Abdullah, Kərəm Bursin, İşıl Yecesoy, Gözde Cığacı çox sevdikləri azərbaycanlı tamaşaçılarının görüşünə gəliblər.
Filmin nümayişindən öncə səhnəyə çıxan yaradıcı heyət Bakı ilə əlaqədar xoş təəssüratlarını bölüşüblər. Sonra film nümayiş etdirilib. Dram janrında ekranlaşdırılmış əsərdəki Aypərinin gənclik illərini istedadlı aktrisa Fərəh Zeynəb Abdullah, Tarık rolunu Mehmet Günsür, Ərhanı isə Kərəm Bursin oynayır.
Filmin nümayişindən sonra aktyorlar mətbuat konfransında tamaşaçıları maraqlandıran sualları cavablandırıblar.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2014.- 21 noyabr.- S.12.