Azərbaycandakı tolerant və multikultural mühit haqqında fikir
mübadiləsi aparılıb
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri Kamal Abdullayevin ATƏT-in Bakı layihə əlaqələndiricisi
səfir Aleksis Şahtaxtinski ilə görüşündə
ölkəmizdə mövcud olan tolerant və multikultural
mühit haqqında fikir mübadiləsi aparılıb.
AzərTAc xəbər verir ki, söhbət zamanı dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətin Azərbaycanın bugünkü ictimai-siyasi sabitliyinin əsas təminatçısına çevrildiyi vurğulanıb. Azərbaycan cəmiyyətinin təkcə iqtisadi və sosial cəhətdən deyil, eyni zamanda, mənəvi, intellektual baxımdan da inkişafı üçün görülən işlər, dünyanı bürüyən qlobal humanitar problemlərin həlli ilə bağlı ölkəmizin real və düzgün mövqedə dayanması yüksək dəyərləndirilib.
Görüşdə qarşıdan gələn Beynəlxalq Tolerantlıq Günü ilə bağlı ölkəmizdə keçiriləcək yerli və beynəlxalq tədbirlərin Dövlət müşavirliyi xidməti və ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisi tərəfindən dəstəklənməsi, bu tədbirlərin digər təşkilatçılarının bir-biri ilə yaxından əlaqələndirilməsi məsələləri də müzakirə edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə və ayrı-ayrılıqda keçirəcəyi müxtəlif tədbirlərin ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə, dini konfessiyaların nümayəndələri arasında dostluq münasibələrinin daha da dərinləşməsinə səbəb olacağı bildirilib.
Görüşdə hər iki
tərəf üçün diqqət
çəkən layihələr haqqında müzakirə
aparılıb.
Azərbaycan. - 2014.- 8 noyabr.- S.3.