Azərbaycan ilə İran arasında İKT və poçt sahəsində sazişin imzalanması ilə bağlı razılıq əldə olunub

 

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə ilə görüşüb. Görüşdə poçt, informasiyakommunikasiya texnologiyaları sahəsində İran-Azərbaycan əməkdaşlığı haqqında sazişin imzalanması ilə bağlı razılıq əldə olunub.

AzərTAc xəbər verir ki, ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən, o cümlədən rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki yeni inkişaf mərhələsindən söz açan nazir Əli Abbasov əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

Mahmud Vaezi Azərbaycan və İran dövlət başçılarının görüşlərinin, aparılan danışıqların ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini, siyasi, iqtisadihumanitar əlaqələrin hazırda yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə İran arasında iki tərəfli hökumətlərarası sənədin imzalanması məsələsi müzakirə edilibbununla bağlı müvafiq razılaşma əldə olunub.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.2.