Rumıniyanın yeni seçilmiş Prezidenti
Zati-aliləri cənab Klaus İohannisə
Hörmətli
cənab İohannis,
Rumıniyanın
Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə
Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan
və Rumıniyanı möhkəm dostluq və
qarşılıqlı faydalı əməkdaşlıq
münasibətləri birləşdirir. Bu gün bu münasibətlər
dinamik və hərtərəfli inkişaf edərək
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Ümidvaram
ki, xalqlarımızın rifahı naminə istər ikitərəfli
qaydada, istərsə də regional və beynəlxalq qurumlar
çərçivəsində qarşılıqlı
etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı
daha da genişləndirmək üçün birgə səylər
göstərəcəyik.
Sizə
möhkəm cansağlığı, xoşbəxtlik, dost
Rumıniya xalqının rifahı naminə
qarşıdakı fəaliyyətinizdə uğurlar
arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 21 noyabr 2014-cü il.
Azərbaycan.-2014.- 20 noyabr.- S.1.