Gəncə Avtomobil Zavodu işçilərinin

“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Gəncə Avtomobil Zavodunun işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Məmmədov Həmzə Hüseyn oğlu

Məmmədov Vahid Firuddin oğlu

Muradov Zahid Bəhrəm oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 21 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 22 noyabr.- S.1.