Azərbaycan Prezidenti İlham Əliyev
Bolqarıstanın
vitse-prezidentini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də
Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin
Assambleyasının 3-cü sessiyasının işində
iştirak etmək üçün ölkəmizdə səfərdə
olan Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita
Popovanı qəbul edib.
Görüşdə
Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli
münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə
uğurlu inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığımızın
daha da genişləndirilməsi üçün yaxşı
potensialın olduğu vurğulandı.
Bolqarıstan
Respublikasının vitse-prezidenti xanım Marqarita Popova Beynəlxalq
Antikorrupsiya Akademiyasına üzv dövlətlərin
Assambleyasının 3-cü sessiyasının yüksək səviyyədə
təşkilinə görə minnətdarlığını
bildirdi. O, Azərbaycan Prezidentinin konfransa
ünvanlandığı müraciətin əhəmiyyətini
xüsusi vurğuladı.
Söhbət
zamanı Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv
dövlətlərin Assambleyasının 3-cü
sessiyasının Bakıda keçirilməsinin önəmi
qeyd olundu, sessiyada müzakirə edilən məsələlərin
bu sahədə qarşılıqlı təcrübə
mübadiləsinin aparılması və beynəlxalq əməkdaşlığın
genişləndirilməsi işinə töhfə verəcəyinə
əminlik ifadə olundu.
Azərbaycan.-2014.- 29 noyabr.- S.3.