“Qrant haqqında” Azərbaycan
Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 366; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 1; 2009, ¹ 8, maddə 611; 2013, ¹ 3, maddə 215; 2014, ¹ 2, maddə 82) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddəyə aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Sub-qrant - qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə bu müqavilənin (qərarın) icrası məqsədi ilə ayrıca qrant müqaviləsinə (qərarına) əsasən verilən vəsaitdir.”.
2. 4-cü maddənin 4-1-ci hissəsində “tələblər” sözündən sonra “sub-qrantlara və” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2014-cü il
Azərbaycan.-2014.- 22 noyabr.- S.4.