“Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 88; 2001, ¹ 11, maddələr 669, 676; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddələr 237, 243; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 8, maddə 756, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602, ¹ 8, maddə 701; 2009, ¹ 7, maddə 519; 2010, ¹ 3, maddə 171; 2013, ¹ 3, maddə 229) 11-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci hissədə “pasportunun surətini” sözləri “pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı,” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu qaydada müraciət edə bilərlər.”.

2. Üçüncü hissədə “əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi” sözləri “əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları” sözləri ilə, “qəbul edən tərəfə” sözləri “müraciət edən şəxsə” sözləri ilə əvəz edilsin.

3. Altıncı hissənin birinci cümləsinə “qəbul edən tərəf” sözlərindən sonra “və ya şəxs özü” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:

BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 oktyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 23 noyabr.-  S.3.