Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”ni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 136; 2001, ¹ 11, maddə 669; 2002, ¹ 6, maddə 328; 2006, ¹ 2, maddə 64, ¹ 11, maddə 933; 2007, ¹ 11, maddə 1053; 2008, ¹ 8, maddə 701, ¹ 10, maddə 886; 2009, ¹ 4, maddə 211, ¹ 7, maddə 519; 2011, ¹ 12, maddə 1087; 2012, ¹ 2, maddə 49; 2013, ¹ 3, maddə 231, ¹ 11, maddə 1309) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:   

1. 2-ci maddə üzrə:

1.1. ikinci hissədə “Bu bəndin “a” və “b” yarımbəndlərində” sözləri “Bu maddənin “a” və “b” bəndlərində” sözləri ilə əvəz edilsin;

1.2. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:

Bu maddənin “d” bəndində göstərilən sənədin verilməsi qaydası Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilir.”.

2. 5-ci, 23-cü və 29-cu maddələrdə “bəndində” sözü “maddəsində” sözü ilə, 17-ci maddədə (hər iki halda) və 28-ci maddənin ikinci hissəsində “bəndlərində” sözü “maddələrində” sözü ilə əvəz edilsin.

3. 27-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

Şəxsin ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsinin qərarı ilə Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir.”.

4. 27-ci maddənin üçüncü hissəsi çıxarılsın dördüncü hissə üçüncü hissə hesab edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 oktyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 23 noyabr.-  S.3.