“Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 369 Bakı şəhəri, 19 noyabr 2014-cü il

 

 

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədən “əhəmiyyətli” sözü çıxarılsın, “balıq ehtiyatlarından” (hər iki halda) sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə, “qeyri-qanuni balıq ovuna” sözləri “balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları” üzrə:

2.1. adından, 1-ci hissəsindən (hər iki halda), 13-cü hissəsindən, IV bölməsinin adından, 15-ci hissəsindən “əhəmiyyətli” sözü çıxarılsın;

2.2. 2-ci hissənin birinci abzasında “balıq ehtiyatları və digər canlıların” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə, ikinci abzasında “balıq və digər canlılar” sözləri “balıq və digər su bioresursları” sözləri ilə əvəz edilsin;

2.3. 10-cu hissədə “balıq ovunun” sözləri “balıq və digər su bioresurslarının ovunun” sözləri ilə əvəz edilsin;

2.4. 11-ci hissədə “balıq” sözü “balıqçılıq” sözü ilə əvəz edilsin;

2.5. 1 nömrəli əlavə - “Balıqçılıq təsərrüfatı məqsədləri ilə istifadə edilən su obyektlərində suyun tərkibi və xassələrinə ümumi tələblər”in “Zəhərli maddələr” sətrində “Balıqlara və ya digər su orqanizmlərinə” sözləri “Balıqlara və digər su bioresurslarına” sözləri ilə əvəz edilsin;

2.6. 2 nömrəli əlavə - “Balıqçılıq əhəmiyyətli su obyektlərinin suyunda zərərli maddələrin yol verilən qatılıq həddinin siyahısı”nın adından “əhəmiyyətli” sözü çıxarılsın və həmin siyahının “Qeyd”ində “dəniz məhsullarının” sözləri “su bioresurslarının” sözləri ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr” üzrə:

3.1. adında “Balıq ehtiyatlarından” sözləri “Balıq və digər su bioresurslarından” sözləri ilə, “qeyri-qanuni balıq ovuna” sözləri “balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna” sözləri ilə əvəz edilsin;

3.2. 2-ci hissədə “qanunvericiliyində” sözü “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə, “balıq ehtiyatlarından” sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;

3.3. 3-cü hissədə “balıq ehtiyatlarından” sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə, “qeyri-qanuni balıq ovuna” sözləri “balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna” sözləri ilə, “balıqların, digər su heyvanları və bitkilərinin” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;

3.4. 4-cü hissədə “balıq ehtiyatlarından” (hər iki halda) sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə, “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;

3.5. 5-ci hissənin üçüncü abzasında “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin, dördüncü abzasına “limiti” sözündən sonra “, kvotası” sözü əlavə edilsin;

3.6. 6-cı və 8-ci hissələrdə “balıq ehtiyatlarından” sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;

3.7. 7-ci hissənin birinci cümləsində “Balıq ehtiyatlarından” sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsinikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bərpa məqsədi ilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir.”;

3.8. 10-cu hissənin d) bəndində “balıq, su heyvanı və onurğasızlar” sözləri “balıq və digər su bioresursları” sözləri ilə əvəz edilsin.

4. Həmin qərarla təsdiq edilmişXarici dövlətlərin hüquqifiziki şəxslərinin Azərbaycan Respublikasında balıq ehtiyatlarından istifadə haqqı və qaydaları” üzrə:

4.1. adında, 4-cü hissəsində (hər iki halda), 6-cı və 7-ci hissələrdə ismin müvafiq hallarında “balıq ehtiyatları” sözləri ismin müvafiq hallarında “balıq və digər su bioresursları” sözləri ilə əvəz edilsin;

4.2. 1-ci hissədə “balıq ehtiyatlarından” sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin, “müqavilələr” sözündən əvvəl “beynəlxalq” sözü əlavə edilsin və həmin hissədən “, sazişlər, razılaşmalar” sözləri çıxarılsın;

4.3. 2-ci hissənin birinci abzasından “əhəmiyyətli” sözü çıxarılsın, “sənaye, idman və həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının sənaye ovu” sözləri ilə əvəz edilsin, “limitlər” sözündən sonra “(kvotalar)” sözü əlavə edilsin, ikinci abzasına “limiti” sözündən sonra “, kvotası” sözü əlavə edilsin;

4.4. 3-cü hissədə “ehtiyatlarından sənaye üsulu ilə ovlanması” sözləri “və digər su bioresurslarının sənaye ovu” sözləri ilə əvəz edilsin;

4.5. 5-ci hissənin dördüncü abzasında “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin, beşinci abzasına “limiti” sözündən sonra “, kvotası” sözü əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S. 4.