Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 370                                    Bakı şəhəri, 19 noyabr 2014-cü il

 

 

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 82 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 5, maddə 363; 2004, ¹ 9, maddə 745) ilə təsdiq edilmiş “Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissəyə “balıqçılıq” sözündən sonra “, o cümlədən akvakultura” sözləri əlavə edilsin.

2. 2-ci hissədən “əhəmiyyətli” sözü çıxarılsın.

3. 4-cü hissənin ikinci abzasında “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə, üçüncü abzasında “balıqların, qiymətli xəzdərili və digər su heyvanlarının” sözləri “balıq, qiymətli xəzdərili və digər su bioresurslarının” sözləri ilə, dördüncü abzasında “balıq təsərrüfatı meliorasiya” sözləri “balıqçılıq təsərrüfatı meliorasiyası” sözləri ilə əvəz edilsin.

4. 5-ci hissənin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

“balıq və digər su bioresurslarının mühafizəsi və ovu qaydalarına;”.

5. 6-cı hissə üzrə:

5.1.      yeddinci abzas aşağıdakı redaksiyada verilsin:

“balıq, qiymətli xəzdərili və digər su bioresurslarının məskunlaşdığı su hövzələrinin təbii şəraitinə mənfi təsir göstərə bilən yeni balıq növlərinin və digər su bioresurslarının iqlimləşdirilməsinə yol verməmək;”;

5.2. səkkizinci abzasda “balıq təsərrüfatı meliorasiya” sözləri “balıqçılıq təsərrüfatı meliorasiyası” sözləri ilə əvəz edilsin.

6. 7-ci hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

müvafiq icazə sənədləri olmadan balıq və digər su bioresurslarının ovu;”.

7. 9-cu hissə aşağıdakı redaksiyada verilsin:

 “Qiymətli növ balıq və digər su bioresurslarının artırılması, bərpası və qorunması üçün mühüm balıqçılıq su obyektlərində və ya onların ayrı-ayrı hissələrində sudan istifadə edənlərin hüquqları balıqçılıq və ovçuluq təsərrüfatlarının xeyrinə “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunusu qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S. 4.