Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”də  dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 372                                    Bakı şəhəri, 19 noyabr 2014-cü il

 

 

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 54, ¹ 6, maddə 535; 2008, ¹ 2, maddə 132) ilə təsdiq edilmişOvçuluq təsərrüfatları haqqında Əsasnamə”nin 2.16-cı bəndində “balıq ehtiyatlarını” sözləri “balıq və digər su bioresurslarını” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S. 4.