Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 373                         Bakı şəhəri, 19 noyabr 2014-cü il

 

 

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 206 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 11, maddə 1066; 2006, ¹ 9, maddə 814) ilə təsdiq edilmiş “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənddə “balıq ehtiyatlarının” (hər iki halda) sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə və həmin bəndin dördüncü abzasında “sənaye üsulu ilə balıq ovu” sözləri “balıq və digər su bioresurslarının sənaye ovu” sözləri ilə əvəz edilsin.

2. 3.1-ci bəndin beşinci abzasında “təbii mühitə uyğunlaşdırma” sözləri “iqlimləşdirilməsi” sözü ilə əvəz edilsin.

3. 4.8-ci bəndin birinci cümləsində “və qanunsuz balıq” sözləri “balıq və digər su bioresurslarının qeyri-qanuni” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S. 4.