Rabitə və yüksək texnologiyalar naziri
Kürdəmirdə vətəndaşları
qəbul edib
Prezident
İlham Əliyevin tapşırıq və tövsiyələrinə
müvafiq olaraq mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu davam etdirir, onların
müraciət, şikayət və təkliflərinin
araşdırılaraq həll olunması üçün
konkret tədbirlər görürlər.
AzərTAc
xəbər verir ki, tərtib olunmuş qrafikə əsasən
rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov
noyabrın 21-də Kürdəmirdə bu rayonun sakinləri ilə
yanaşı, Ucar, Göyçay, Ağdaş, Qəbələ,
Mingəçevir və İsmayıllıdan olan vətəndaşları
qəbul edib. Qəbulda nazirliyin müvafiq struktur rəhbərlərinin
iştirakı da təmin olunub. Habelə müraciətlərin
operativ araşdırılması və həlli məqsədilə
rayonların poçt şöbələrinin və
telekommunikasiya qovşaqlarının rəhbərləri ilə
videoəlaqə yaradılıb.
Qəbul
zamanı vətəndaşlar əsasən işlə təmin
olunmaq, bir sıra yerlərdə, xüsusən ucqar
yaşayış məntəqələrində telefon rabitəsinin,
habelə internet, poçt, televiziya və radio yayım xidmətlərinin
keyfiyyətinin yaxşılaşdırılması və digər
məsələlərlə bağlı müraciətlər
ediblər.
Müraciət
edən hər bir vətəndaş diqqətlə dinlənilib.
Qaldırılan məsələlərin əksəriyyəti
yerindəcə həllini tapıb. Araşdırılmaya
ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata
götürülüb. Onların operativ həlli
üçün nazirliyin müvafiq struktur rəhbərlərinə
konkret tapşırıqlar verilib. Məsələn, Kürdəmirin
18 kəndində telefon xidmətinin
yaxşılaşdırılması, sürətli və
keyfiyyətli internet xidməti üçün 35 kilometr məsafəyə
fibrooptik kabel xəttinin çəkilməsi üçün
lazımi tədbirlər görülməsi məqsədilə
araşdırmalar aparılması qərara alınıb.
Qəbul
zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə
bağlı müraciətlər də olub. Bununla əlaqədar
vətəndaşlarla ətraflı izahat işləri
aparılıb. Həmin müraciətlər müvafiq
strukturlara göndərilərək həll olunması
üçün qeydiyyata alınıb.
Vətəndaşlar
səmimi qəbula və yaradılan şəraitə görə
razılıqlarını bildiriblər.
Azərbaycan.-2014.- 22 noyabr.- S.6.