Səhiyyə naziri Yevlaxda vətəndaşları
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıqlarına və tövsiyələrinə əsasən
regionlarda vətəndaşların qəbulu davam edir.
AzərTAc
xəbər verir ki, şəhərlərdə və
rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri tərəfindən qəbulu
cədvəlinə uyğun olaraq noyabrın 22-də Yevlax Mərkəzi
Rayon Xəstəxanasında səhiyyə naziri Oqtay Şirəliyev
Mingəçevir şəhərinin, habelə Yevlax, Goranboy,
Ağdaş, Göyçay, Zərdab və Ucar
rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşlar
əsasən işə qəbul, müalicə, xəstəxanaların
təmiri məsələləri və səhiyyənin
başqa problemləri ilə əlaqədar nazirə müraciət
ediblər.
Qəbulda
vətəndaşların qaldırdıqları məsələlərə
müvafiq qurumların əməkdaşlarının
iştirakı ilə baxılıb, bəzi məsələlər
elə yerindəcə həll edilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər təyinatı üzrə digər icra orqanlarına göndərilməsi üçün qeydiyyata alınıb.
Azərbaycan. - 2014.- 23 noyabr.- S.5.