Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin
Sədri Zati-aliləri cənab Mladen
İvaniçə
Hörmətli
cənab Sədr,
Bosniya
və Herseqovinanın milli bayramı – Dövlətçilik
günü münasibətilə Sizi və bütün
xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram
ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında təşəkkül
tapmış dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafı və möhkəmləndirilməsi yolunda birgə
səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir,
Bosniya və Herseqovinanın dost xalqına daim əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 22 noyabr 2014-cü il.
Azərbaycan.-2014.- 25 noyabr.- S.1.