Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib

 

Prezident İlham ƏLİYEV: “Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var

 

Bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Ən azı bu baxımdan ki, Azərbaycan özünün çoxminillik dövlətçilik tarixində heç zaman indiki kimi güclü, qüdrətli, özünəinamlı olmamışdır.

Ümumilikdə yeni mərhələni daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Bu xüsusda müasir dövrün milli ideyasının Azərbaycan üçün nədən ibarət olduğu da tamamilə aydındır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, məqsəd Azərbaycanda 2020-ci ilədək ümumi daxili məhsulun 2 dəfəyədək artımına, 2018-ci ilədək bütün sosial problemlərin həllinə nail olmaq, sistem islahatlarını başa çatdırmaqdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz bu və digər məqsədlərin reallaşdırılması baxımından sosial-iqtisadi, siyasihüquqi platforma rolunu oynayır. Belə bir mükəmməl sənədin hazırlanması və təsdiqi deməyə əsas verir ki, cənab İlham Əliyev xalqın gələcəyi ilə bağlı aydın baxışlara malikdir.

Prezident İlham Əliyev ölkədə sistem islahatlarının aparılması zərurətini xüsusi önə çəkir. Söhbət siyasihüquqi liberallaşmaya, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən islahatların sürətləndirilməsi zərurətindən gedir. Şübhəsiz, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Prezident İlham Əliyev ötən 11 ildə hər iki təmayülə vəhdət şəklində yanaşaraq ölkənin uzunmüddətli inkişafını məhz demokratikiqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görür. Bu mənada yüksək sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir.

Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxışı zamanı bu məqamlara da toxunub: “Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istədiyimiz qədər sürətli ola bilməzdi. Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir”.

Azərbaycan mətbuatının respublikada demokratikləşmə proseslərinin dərinləşməsində və vətəndaş cəmiyyəti institutlarının mövqelərinin möhkəmlənməsində xidmətləri danılmazdır. Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olması prosesi cəmiyyətin özünün demokratik inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçməkdədir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir.

Müasir cəmiyyətdə önəmli rol oynayan mətbuatın siyasi münasibətlərə və proseslərə yaxından nüfuz imkanları da nəzərə alınsa, onun məsuliyyətinin kifayət qədər böyük olduğuna heç bir şübhə qalmır. Təsadüfi deyil ki, ictimai rəyə təsir göstərmək imkanlarına görə kütləvi informasiya vasitələri “dördüncü hakimiyyət” adlandırılır. Mətbuat bir tərəfdən cəmiyyətdə demokratik prinsiplərin bərqərar olmasında öncül rol oynayır, digər tərəfdən demokratiyanı səciyyələndirən başlıca göstəricilərdən biri qismində çıxış edir. KİV hakimiyyət strukturları ilə bilavasitə bağlı olmaqla onun üzərində ictimai nəzarəti təmin etməyə çalışır.

Müstəqil Azərbaycan söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır. Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır.

Müasir dövrdə sivilizasiyalar arasında dialoqun ən mühüm problemlərindən birimultikulturalizmdir. Bu anlayışın mahiyyətində cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara təşviq etmək cəhdləri də var. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edironun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqidini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmət edilməsi ilə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnikdini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir.

Paytaxtda keçirilən Bakı Beynəlxalq Humanitar forumları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur. Prezident İlham Əliyev bildirib: “Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir. Mədəniyyət, çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyət baxımından Azərbaycan sivilizasiyalar dialoqunda mühüm rol oynayır”.

Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə, yeni sivilizasiyaya yaxınlaşmasına meydan açır. Ancaq demokratikləşmənin özümilli ideyaya bağlı olmasa, sosiumun milli özəlliyi nəzərə alınmasa uğursuzluğa məhkumdur. Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. Ümumilikdə isə, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”, 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, 27 dekabr 2011-ci il tarixli, 5 sentyabr 2012-ci il tarixli “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair” 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” insan hüquq və azadlıqlarının təmini, demokratik və açıq cəmiyyətin qurulması baxımından yeni imkanlar açmışdır.

Azərbaycanın son illərdəki dinamik inkişafı fonunda ölkənin qarşısında müəyyənləşdirilmiş məqsəd və vəzifələr ümumilikdə milli ideyanın xarakteristatistik səciyyə daşımır, zamanla dəyişir, yeniləşir. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxilixarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 11 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirmişdir. Cənab İlham Əliyevin prezidentliyi illərində Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 25 noyabr.-  S.1.