İlyas Əfəndiyev ideologiyaya yox, sənətə və ədəbiyyata
xidmət edib
Bu il
yanvarın 16-da Azərbaycan Respublikası Prezidenti tərəfindən
“İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi
haqqında” Sərəncam imzalanıb. Ondan
sonra Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada İlyas
Əfəndiyevlə əlaqədar tədbir keçirilməsin.
Mən bütün ailə adından
dövlətimizin başçısına dərin minnətdarlığımı
bildirirəm.
AzərTAc xəbər verir
ki, bu sözləri
görkəmli ədibin yubiley mərasimində
oğlu, Xalq
Yazıçısı Elçin Əfəndiyev
jurnalistlərə müsahibəsində deyib.
Diqqətə çatdırıb ki, İlyas Əfəndiyevin
yubileyi təkcə respublikamızda deyil, onun sərhədlərindən
kənarda da qeyd olunub. Həmçinin TÜRKSOY Ankarada İlyas Əfəndiyevin
100 illiyini qeyd edəcək.
Məndə belə bir təəssürat
var ki, onun
ikinci bir həyatı
başlayır. İlyas Əfəndiyev
1996-cı il oktyabrın 3-də vəfat edib. Ondan sonra
onun ikinci bir yazıçı ömrü
başladı ki, bu
müddətdə haqqında nə qədər kitablar, eləcə də özünün
əsərləri dəfələrlə çap
olunub, pyesləri tamaşaya
qoyulub.
Yaradıcılığının böyük
bir hissəsi sovet
dövrünə təsadüf etsə də, əsərlərinin
aktuallığı onu göstərir ki, İlyas Əfəndiyev
ideologiyaya yox, sənətə
və ədəbiyyata xidmət edib. Bu isə xalqa xidmət deməkdir.
Azərbaycan. - 2014.- 23 noyabr.- S.5.