Mərkəzi Seçki Komissiyasının məlumatı

 

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar, bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim olunması müddəti qanunvericilikdə nəzərdə tutulduğu kimi bu gün saat 18:00-da başa çatdı.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə əsasən, dairə seçki komissiyaları imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər seçki sənədlərini qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir.

Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması davam etməkdədir və bu proses noyabrın 29-da yekunlaşır.

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S.5.