Sergey Lavrov Polad Bülbüloğlunu təbrik edib

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHAF) İdarə heyətinin iclasında yekdilliklə 2010-cu ildən tutduğu DHAF İdarə heyətinin sədri vəzifəsinə yenidən seçilib.

Bununla əlaqədar, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Polad Bülbüloğluya təbrik məktubu göndərib. S.Lavrov məktubda əmin olduğunu bildirib ki, Polad Bülbüloğlunun rəhbərliyi ilə DHAF MDB çərçivəsində ümumi humanitar məkanın və mədəniyyətlərarası dialoqun inkişafına yönələn mühümiri mədəni layihələrin həyata keçirilməsini davam etdirəcək.

 

Fəridə Abdullayeva

AzərTAc –ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S.5.