Dövlət Miqrasiya Xidmətində Azərbaycan vətəndaşlığına
yeni qəbul və bərpa olunan şəxslərlə görüş
olub
Noyabrın
22-də Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin
Nəbiyev Azərbaycan Respublikasının vətəndaşlığına
yeni qəbul və bərpa olunan şəxslərlə
görüşüb.
DMX-dən
AzərTAc-a bildiriblər ki, Xidmətdə keçirilən
görüşdə Firudin Nəbiyev ölkəmizin
inkişafından, əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş inkişaf
strategiyasına uyğun olaraq regionun lider dövlətinə
çevrilmiş Azərbaycanda son illərdə həyata keçirilən
islahatlar nəticəsində qazanılan uğurlardan söhbət
açıb.
O, beynəlxalq birliyin
bərabərhüquqlu üzvü kimi sabitliyin yüksək
səviyyədə təmin olunduğu,
tolerantlıq nümunəsi sayılan respublikamızın
dünyanın siyasi, iqtisadi
və mədəni mühitinə verdiyi töhfələrdən
bəhs edib. F.Nəbiyev
sadalanan bu amillərin
xaricdə ölkəmizə yaratdığı marağa və bunun nəticəsində
respublikamızda yaşamaq, işləmək,
təhsil almaq, xüsusilə Azərbaycan
vətəndaşı olmaq istəyənlərin
sayının da ildən-ilə
artmasına səbəb olduğunu diqqətə
çatdırıb. Xidmət rəisi bu
arzuya qovuşanlarla görüşün əhəmiyyətini qeyd edib, belə tədbirin
bu il artıq ikinci dəfə keçirildiyini
vurğulayıb. O, Prezident, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan
Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunan
şəxsləri təbrik edib.
Sonra
Azərbaycan Respublikasının vətəndaşlığına
qəbul və bərpa edilən şəxslərin
siyahısı oxunub.
Prezident İlham
Əliyevin müvafiq sərəncamları
ilə əcnəbi və vətəndaşlığı olmayan 150 şəxs Azərbaycan
Respublikasının vətəndaşlığına qəbul,
səkkiz nəfər isə bərpa olunub.
Onların arasında əsasən vətəndaşlığı
olmayan şəxslər üstünlük
təşkil edir.
Xidmət rəisi vətəndaşlığa
qəbul və bərpa edilmiş şəxslərin
hər birinin Azərbaycan dövlətinə
layiqli vətəndaş olacaqlarına
inandığını bildirib.
Görüş
iştirakçıları Azərbaycan Respublikasının vətəndaşı
adını şərəflə daşıyacaqlarını
vurğulayaraq, bu yüksək etimada görə Prezident
İlham Əliyevə dərin minnətdarlıqlarını
ifadə ediblər.
Tədbir
dövlət himninin ifası ilə başa çatıb.
Bu il Azərbaycan
Respublikasının vətəndaşlığına daha 111 nəfər qəbul, 2 nəfər isə
bərpa olunub.
Azərbaycan. - 2014.- 23 noyabr.- S.5.