Dünya Güləş Birliyinin prezidenti: Bakının ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə tam əminik

 

Bakının Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə tam əminik.

AzərTAc xəbər verir ki, bu sözləri Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç jurnalistlərə müsahibəsində bildirib.

N.Laloviç deyib: “Görülən işlərdən razı qaldım. Gələn il Avropa çempionatını keçirməmək qərarına gəlmişik. Həmin yarışları məhz Avropa Oyunları əvəz edəcək. Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün biz də əlimizdən gələni etməyə hazırıq”.

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S. 6.