“İrəli” İctimai Birliyinin
nümayəndə heyəti “Macarıstanda Azərbaycan turizm günləri”ndə iştirak
edir
“İrəli”
İctimai Birliyinin sədri Mirhəsən Seyidov
Macarıstan-Azərbaycan Gənclər Birliyi tərəfindən
bu ölkənin parlamentində təşkil olunan tədbirə
qatılıb.
“Macarıstanda
Azərbaycan turizm günləri” mövzusunda keçirilən
tədbirdə Birliyin sədri Mirhəsən Seyidov və
katibi Azər Bayramov təqdimatlarda və müzakirələrdə
iştirak ediblər. Səfər çərçivəsində
səfir və deputatlarla görüşlər də təşkil
olunub.
İctimai Birlikdən AzərTAc-a
bildiriblər ki, tədbirdə Azərbaycan
və Macarıstan ilə yanaşı, Ukrayna,
Avstriya, Polşa və
Litvadan nümayəndələr də iştirak ediblər.
Azərbaycan. - 2014.- 23 noyabr.- S.7.